Pep Qvardioladan kritik suala cavab!
 
                             
                         
                             
                                Çempionlar Liqasının Liqa mərhələsində geriyə cəmi 1 tur qalmış “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırmağa yaxın görünür.
90plus.az xəbər verir ki, ötən gecə dünən Çempionlar Liqasının 7-ci turunda səfərdə PSJ-ə 2:4 məğlub olan "Şəhərlilər"in çalışdırıcısı kritik suala cavab verib:
"Man Siti" Çempionlar Liqasındakı mübarizəsini dayandırdımı?"
Pep Qvardiola: "Ola bilər".
"Mançester Siti" hazırda turnir cədvəlinin 25-ci pilləsində qərarlaşır. "Şəhərlilər" son turda qəbul edəcəkləri “Klub Brügge” komandasını məğlub edərsə, ilk 24 sırasına adını yazdıracaq.
İşdir, Pep Qvardiolanın komandası son turda da xal itirsə, o zaman turnir ilə vidalaşacaq.
Paradoks: Erlinq Haaland Çempionlar Liqasında:
 46 matç;
47 qol.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved