Perez: "Qızıl top" "Real Madrid" oyunçularının haqqı idi"
Florentino Perez son "Qızıl top"un "Real Madrid"in futbolçusuna verilməli olduğunu düşünür.
90plus.az xəbər verir ki, ispan funksioner yerli mətbuata açıqlama verib:
"Rodri əslən Madriddəndir, ona qarşı deyiləm. Amma "Tuttosport"un məqaləsini yada salmaq istəyərdim: "Rodri "Qızıl top"u qazanmağa layiq idi, lakin bu il yox. "Man Siti" ötən mövsüm trebl etdi, o isə Çempionlar Liqasında qol vursa da, səsvermədə "3-lüy"ə düşə bilmədi. Onlar Rodrinin həmin uğurlarını nəzərə aldılar". Bu fikirlə razıyam"
"Rodrini hamımız çox sevirik, o, mükafata layiq idi. Ancaq ötən il. Bu il isə istənilən meyarlar üzrə qalib "Real Madrid"in futbolçusu olmalı idi. Hamı Vinicius haqda danışırdı, amma kapitanımız Carvaxal da mükafatı qazana bilərdi. Və ya Bellinqem. Baş verənləri izah etmək çox çətindir".
Mənbə: AS
© Copyright 2026, All Rights Reserved