Perez səxavət kisəsini açdı - Hər futbolçuya 900 min avro
Florentino Perez "Real Madrid"in hər bir futbolçusuna 900 min avro mükafat verdi.
90plus.az xəbər verir ki, buna səbəb "Los Blancos"un ötən mövsüm Çempionlar Liqasının qalibi adını qazanması olub. İspaniya klubunun prezidenti 2023/24 mövsümündəki titullara görə komandaya ümumilikdə 40 milyon avro bonus ödəyib.
"Real Madrid" rəhbərliyi cari mövsüm kubokların qazanılacağı halda da oyunçulara böyük mükafatlar verməyi planlaşdırır. "Los Blancos" yayda Klublararası Dünya Çempionatının qalibi olsa, komandanın hər bir üzvü 650 min avro bonus alacaq.
© Copyright 2025, All Rights Reserved