Petit: "Oyunçular tənqidçilərlə bir yerdədir"
"Arsenal"ın əfsanələrindən olan Emmanuel Petit Erik Ten Haqı müdafiə edib.
90plus.az xəbər verir ki, "Skysport"a açıqlama verən Petit bu sözləri deyib:
"Erik ten Haqa edillən bütün tənqidləri ilə razı deyiləm. Futbolçulara baxıram və görürəm ki, onlar onu tənqid edənlərin arxasında gizləniblər. Bu mənim xoşuma gəlmir. Futbolçular məsuliyyəti öz üzərinə götürüb irəliyə doğru addım atmaq əvəzinə onun arxasında gizlənirlər”.
️“Mançester Yunayted kimi bir klubu bu vəziyyətdə görmək üzücüdür. Premyer Liqanın "Mançester Yunayted"ə ən yaxşı şəkildə qayıtması lazımdır və bu oyunçularla başlayacaq.
© Copyright 2025, All Rights Reserved