PFL dumana görə yarımçıq qalan oyunla bağlı qərar verdi
Peşəkar Futbol Liqasının İdarə Heyəti Misli Premyer Liqasının 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” matçı ilə bağlı xüsusi iclas keçirib.
90plus.az xəbər verir ki, toplantıda oyunun nə zaman və hansı şərtlərlə davam etdirilməsi ətrafında geniş müzakirələr aparılıb. Qış fasiləsinə qədərki və fasilədən sonrakı ilk turun təqvimi artıq tam müəyyənləşdiyi, klubların öz planlamalarını qurduğu nəzərə alınaraq PFL aşağıdakı qərarları rəsmiləşdirib:
Beləliklə, PFL-in qərarına əsasən, “Qəbələ” – “Turan Tovuz” qarşılaşması yeni oyun statusunda növbəti ildə yenidən baş tutacaq.
© Copyright 2025, All Rights Reserved