Pike Şakiranı aldatdığı sevgilisindən ayrıldı
İspaniya yığmasının və “Barselona” klubunun keçmiş oyunçusu Jerar Pike sevgilisi Klara Çiadan ayrılıb.
90plus.az xəbər verir ki, Pike Mayami şəhərində başqa bir qadınla birlikdə görüntülənib. Lakin ayrılığın dəqiq səbəbləri barədə ətraflı informasiya paylaşılmayıb.
Bildirək ki, onlar təxminən üç ildir münasibətdə idilər.
Xatırlatma: Pike Klara Çiadan əvvəl uzun müddət məşhur müğənni Şakira ilə ailəli olub. Onların iki oğul övladı var. Bu cütlük 2022-ci ilin yayında münasibətlərinə son qoyub. Ayrılığın səbəbi isə futbolçunun Şakiraya sadiq qalmaması kimi göstərilib.
© Copyright 2025, All Rights Reserved