Poççetino ABŞ millisinin yeni baş məşqçisi oldu

ABŞ millisinin yeni baş məşqçisi Maurisio Poçettino oldu.
90plus.az xəbər verir ki, "Çelsi"nin sabiq baş məşqçisi Maurisio Poçettino ABŞ millisi ilə hər mövzuda razılığa gəlib. "Yeni qitə" təmsilçisi argentinalıya 2 illik müqavilə təklif edib. Onlar 2026 Dünya Çempionatını da Poçettino ilə keçirməyi düşünür. Poçettino bundan əvvəl "Çelsi", PSJ və "Tottenhem"i çalışdırıb.
Qeyd: 2026 Dünya Çempionatı ABŞ-dan başqa Kanada və Meksikada keçiriləcək.
© Copyright 2025, All Rights Reserved