Pol Poqbaya verilən mükafat sərt tənqid olundu!
Fransalı sabiq futbolçu Cimmi Kabo “Globe Soccer Awards” mərasimində Pol Poqbaya verilən “Ən yaxşı geridönüş” mükafatını kəskin şəkildə tənqid edib.
90plus.az xəbər verir ki, Kabo sosial şəbəkədə paylaşım edərək qərarı açıq-aşkar absurd adlandırıb və konkret müqayisələr aparıb:
“Matye Udo — dörd dəfə çarpaz bağ zədəsi, qış fasiləsinə qədər ‘Lans’ın Liqa 1 əsas heyətində start oyunçusu kimi qayıdır.
Nabil Bentaleb — ürək dayanması, aylarla meydanlardan uzaq qalır, qayıdıb ‘Lill’ üçün qalibiyyət qolunu vurur.
Pol Poqba — dopinqə görə diskvalifikasiya olunur və ona kubok verirlər.”
Kabo bu fikirlərlə Poqbaya verilən mükafatın tamamilə məntiqsiz olduğunu vurğulayıb və real çətinliklərdən qayıdan futbolçuların kölgədə qaldığını bildirib.
Qeyd: Pol Poqba dopinq qaydalarını pozduğuna görə uzun müddət futboldan kənarlaşdırılmışdı. Buna baxmayaraq, onun “ən yaxşı geridönüş” nominasiyasında mükafatlandırılması futbol ictimaiyyətində geniş narazılıq doğurub.
© Copyright 2026, All Rights Reserved