Pol Taysonun xəstə olduğunu dedi, Tayson yalanladı

Taysonun meneceri Polun, "O, "Parkinson" xəstəsidir", söylədiklərini yalanladı.
90plus.az xəbər verir ki, keçən il Cek Pol və 58 yaşlı ağır çəkidə boks çempionu Maykl Tayson arasında döyüş baş tutmuşdu. Döyüşü Cek Pol qazanmışdı.
Ancaq döyüş bitəndən 2 ay sonra da tərəflər arasında söz-söhbət səngimir. Cek Pol açdığı "YouTube" canlısında Taysonun "Parkinson" xəstəsi olduğunu bildirmişdi. Ancaq Taysonun meneceri yerli verilişlərin birində Taysonun xəstə olmadığını, səhhətinin əla olduğunu deyib. Menecerin dediyinə görə, Tayson həqiqətən də müalicə alıb. Ancaq onun problemləri ürəyində olub və Taysona 8 dəfə qan köçürülməsi həyata keçirilib.
Cek Pol bundan sonra daha bir canlı açaraq, "Nə? O "Parkinson" deyil? Rədd olun", deyə bildirib.
Qeyd: "Parkinson" xəstəliyi 60 üzəri yaşı olan insanlarda daha çox görünür. Bu xəstəliyə tutulan insanlarda sinir pozuntusu olur və yuxu azlığı yaşayırlar.
📰 : "The Sun" qəzeti
© Copyright 2025, All Rights Reserved