Poqba Messinin yanına gedir

Hazırda azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba "İnter Mayami"yə keçməsinə az qalıb.
90plus.az xəbər verir ki, "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi 18 aylıq futbol qadağası cəzasını çəkdikdən sonra peşəkar futbol oynamaqda sərbəstdir. "Yuventus"la müqaviləni qarşılıqlı razılıq ilə ləğv edən Poqbanın MLS klubu ilə yaxın həftələrdə müqaviləni rəsmiləşdirəcəyi iddia edilir.
Lionel Messinin də Poqbanı almaq üçün klubu sıxışdırdığı deyilir.
📰: The People Person
© Copyright 2025, All Rights Reserved