Poqbanın yeni adresi okeanın o tayı olacaq
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba futbolçu karyerasını Argentinada davam etdirməyə hazırlaşır.
90plus.az xəbər verir ki, , bu barədə tanınmış insayder Fabritsio Romano xəbər verib.
Fransalı futbolçu “River Pleyt” klubuna transfer olunacaq və tərəflər artıq bütün detallarda razılığa gəliblər. 32 yaşlı oyunçu yeni komandası ilə 2,5 illik müqaviləyə imza atacaq.
Xatırlatma: Poqba cari mövsümdə “Monako”nun heyətində cəmi 3 qarşılaşmada forma geyinib və meydanda ümumilikdə 30 dəqiqə keçirib.
© Copyright 2026, All Rights Reserved