"Porto" italyan baş məşqçisi ilə müqavilə uzatdı
Portuqaliyanın “Portu” klubunda baş məşqçi Françesko Fariolinin müqaviləsi 2028-ci ilə qədər uzadılıb.
90plus.az xəbər verir ki, klubun rəsmi açıqlamasında 36 yaşlı italiyalı mütəxəssislə 30 iyun 2028-ci il tarixinədək qüvvədə olacaq yeni sözləşmənin imzalandığı bildirilib.
Bundan əvvəl “Fatih Karagümrük”, “Alanyaspor”, “Nitsa” və “Ayaks” klublarında çalışan gənc baş məşqçi 2025-ci ilin iyul ayında “Portu”nun sükanı arxasına keçmişdi.
“Portu” Portuqaliya çempionatının ilk dövrəsi başa çatan hissəsində topladığı 49 xalla ən yaxın izləyicisi “Sportinq”i 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved