Portuqaliyalı gənc futbolçu İngiltərə yolundadır
“Mançester Yunayted” Portuqaliyanın “Sportinq” klubunun gənc futbolçusu Salvador Blopa ilə maraqlanır.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin potensialını yüksək qiymətləndirir. Blopa əsas komandada yalnız bir dəfə meydana çıxıb və həmin oyunda “Alverka” ilə görüşdə iki qol vuraraq 5:1 hesablı qələbəyə töhfə verib.
Məlumata görə, “qırmızı şeytanlar” gənc oyunçunu yaxından izləyir və yaxın gələcəkdə onu transfer etmək imkanını dəyərləndirə bilərlər.
© Copyright 2026, All Rights Reserved