top of page

“Çelsi”ni tərk edəcəyi gözlənilən futbolçu haqda açıqlama

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın üzvü Konor Qallaherin gələcəyi haqda danışıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Qallaherdən razı olduğunu bildirib:


“İndi biz yarımmüdafiə xəttini gücləndirmək üzərində işləyirik, lakin başqa mövqelərə də transfer lazımdır. Bəli, ABŞ turunda iştirak edən bütün futbolçular planlarımıza daxildir. Qallaher də bizim planlarımızın bir parçasıdır. Hazırda futbolçu tərəfdən heç nə deyə bilmərəm. Futbolda hər şey ola bilər, amma mən Konordan razıyam”.


“Vest Hem” 23 yaşlı ingiltərəli futbolçu üçün “Çelsi”yə rəsmi təklif göndərib.


Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. O, 2022/2023 mövsümündə “zadəganlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.


0 comments

留言


bottom of page