top of page

Çin futboluna rəhbər olmuş şəxs ömürlük həbs olundu!


2019-2023-cü illərdə Çin Futbol Assosiasiyasının prezidenti olmuş Çen Syuyan rüşvətə görə ömürlük həbs olunub.


90plus.az xəbər verir ki, Syuyan 10,4 milyon avrodan çox rüşvət alıb və bunu özü də etiraf edib. Sabiq federasiya prezidentinin bütün əmlakı müsadirə edilib.


Həmçinin Çen Syuyan keçmiş sədri bir sıra yerli futbol klubları üçün yersiz üstünlüklər yaradıb, bununla da futbol sənayesində ədalətli rəqabət və nizam-intizamı pozub.


Məhkəmə qarşısında çıxış edən Xuyuan deyib: “Azarkeşlər Çin futbolunun səviyyəsinin aşağı olması ilə razılaşa bilərlər, lakin korrupsiyaya dözə bilmirlər. Bütün çinli azarkeşlərdən üzr istəmək istəyirəm”.


Mənbə: BBC Sport

0 comments

Recent Posts

See All

Comentarios


bottom of page