ÇL: Mahir Emrelinin komandasının rəqibi bilindi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Zaqreb “Dinamo”sunun rəqibi dəqiqləşib.


90plus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya təmsilçisi ÇL-də 2022/2023 mövsümünə “Şkupi” ilə qarşılaşmaqla start verəcək.


Şimali Makedoniya klubu bu hüquqa ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırmaqla yiyələnib.


“Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələ adlayıb.


İlk oyun iyulun 19-da Zaqrebdə, cavab matçı bir həftə sonra Skopyedə olacaq.

0 comments