top of page

Üç “Qarabağ”lı rəmzi heyətdə!


"Sofascore" statistik portalı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasını elan edib.


90plus.az xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın 3 futbolçusu yer alıb. Bunlar qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirdir.

Lunyovun çıxışı 7,9, Yankoviçin 8,0, Zubirin oyunu isə 9,0 xalla qiymətləndirilib. 


Xatırlatma: "Qarabağ" Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib. Zubir bu oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Yankoviç isə penaltidən rəqib qapısına yol tapıb.

0 comments

Comentarios


bottom of page