top of page

Şahruddin Məhəmmədəliyev Türkiyədədir!


Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev bu gün Türkiyəyə gedib.


90plus.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyun ərəfəsində yığmanın düşərgəsini tərk edən qapıçı axşam saatlarında Bakıya qayıdacaq.


29 yaşlı qolkiper Superliqa klubu “Adana Dəmirspor”la müqavilə bağlayacaq.


Qeyd edək ki, “Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik sazişə qol çəkməsi gözlənilir.

0 comments

Comments


bottom of page