top of page

“ Şamaxı” Türkmənistan klubunu 4 cavabsız qolla uddu!


Azərbaycan 1-ci liqa təmsilçisi “Şamaxı” yoxlama oyunu keçirib.


90plus.az xəbər verir ki, komanda Türkmənistanın “Nebitçi” klubu ilə qarşılaşıb. Matç "Şamaxı"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Emil Qasımov (2), Rövşən Şahmuradov və Əli Mürsəlov fərqləniblər.


Qeyd edək ki, "Şamaxı" 1-ci liqanın ilk turunda sentyabrın 15-i "Qaradağ Lökbatan"ının qonağı olacaq.


Xatırladaq ki, "Nebitçi" Türkmənistanın yüksək liqasında çıxış edir. Komanda 14 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.

0 comments

Comments


bottom of page