top of page

“Şaxtyor” ÇL-dəki ev oyunlarını Almaniyada keçirəcək

Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasındakı ev oyunlarını Almaniyada keçirəcək.


90plus.az “Bild”-ə istinadən xəbər verir ki, Donetsk təmsilçisi matçları Hamburqdakı “Volksparkstadion”da oynamağa razılaşıb.


Bu arena 2-ci Bundesliqada mübarizə aparan “Hamburq”a məxsusdur. Stadion sonuncu dəfə 2006-cı ildə qitənin bir nömrəli klub turnirinə ev sahibliyi edib.


“Şaxtyor” ötən mövsüm Çempionlar Liqasındakı qrup oyunlarını Polşanın paytaxtı Varşavada keçirib.

0 comments

Comments


bottom of page