top of page

Şenol Günəş: "Neftçi" qardaş ölkə komandası olsa da..."

“Neftçi” futbolçularının transfer qiymətlərinə görə hazırda Azərbaycanın ən dəyərli komandasıdır”.


90plus.az - ın məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.


71 yaşlı mütəxəssis komandasını çətin oyun gözlədiyini bildirib: “Bakıda olduğumuz üçün çox xoşbəxtik. Hər iki komanda “ağ-qara”dır. Həyat bəzən belə qarşılıqlı mühit yaradır. “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu. Mərhəmətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq fərqlidir. Hər rəqib önəmlidir. Maddi durumuna və infrastrukturuna görə komandalar fərqli yerlərdə ola bilərlər. Amma qələbə meydanda qazanılır. Bu gün uğurlu olan komanda sabah uğursuzluğa düçar ola bilər və ya özündən qat-qat güclü komandaya qalib gələ bilərsən. Hər bir futbolçu ən yaxşı nəticəni istəyir. Futbolda bəzən sürprizlər olur. Azərbaycanda futbol əvvəlki illərlə müqayisədə çox inkişaf edir. “Neftçi”nin 9 ölkə çempionluğu var, avrokuboklarda çıxış edir. “Qarabağ” və “Sabah” da avrokuboklarda mübarizə aparırlar. Futbol və infrastruktur baxımından Azərbaycan futbolu çox yaxşı durumdadır. “Neftçi” qardaş ölkə komandası olsa da, sabah meydana qələbə üçün çıxacağıq”.


O, “Beşiktaş”ın Bakıda çox sayda azarkeşlərinin olduğunu söyləyib: “Bunu “Sabah”la xeyriyyə oyununda da gördük. Avropada da azarkeşlərimiz var. Onlar üçün yaxşı komanda formalaşdırmağa çalışırıq. Azarkeşlərin matçı dostluq içində izləmələrini istəyirəm. Petardların aradan qaldırılmasını istəyirəm. Nəfəs alarkən belə, insanı boğur. Üstəlik, bu, maddi baxımdan da zərər vurur. Görüntü olaraq gözəl görünə bilər, amma onların təbəssümü bu fişənglərdən daha yaxşıdır. Onlara layiq komanda olmağa çalışırıq. Burada neqativ bir halın olacağına inanmıram. Çünki qardaş ölkədəyik”.


Şenol Günəş “Neftçi”də seçilən futbolçuların adlarını da sadalayıb: “Neftçi”nin keçmişdə uğurları var. Amma “Qarabağ” və “Sabah” kimi iddialı komandalar da var. “Sabah” son vaxtlar yaxşı transferlər edib. “Qarabağ”dan aldığı oyunçular da var. Futbolu pozitiv oynamağa çalışan, rəqibə də çətin anlar yaşadan komanda olduğunu bilirəm. “Neftçi”nin “Tirana”dan güclü olduğunu əminliklə deyə bilərəm. Orta sahədə Emin Mahmudov, hücumda Lebon və Ozobiç fərqlənən oyunçulardır. Qara Qarayev oynamasa da, yaxşı futbolçudur. Demək olar ki, bütün futbolçuları yaxşıdır”.



0 comments

留言


bottom of page