top of page

“Əl-İttihad” Salahla bağlı razılıq əldə etdi

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.


90plus.az "Okaz Sports" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı hücumçunun keçidi üçün "Əl-İttihad"la razılaşıb.


Misirli oyunçunun bu gün şəxsi təyyarə ilə sözügedən ölkəyə gedəcəyi gözlənilir.


"Əl-İttihad"ın Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən hücumçunun sözləşməsinin müddəti 2025-ci ildə başa çatmalı idi.



0 comments

Comentarios


bottom of page