1/4 finalda Azərbaycan Türkiyəyə qarşı


90plus.az xəbər verir ki, Türkiyənin yunan-Roma güləşçisi Yunus Emre Başar Varşavada keçirilən Avropa çempionatında 1/8 final görüşünə çıxıb.


77 kq çəki dərəcəsində çıxış edən güləşçi Ermənistan təmsilçisi Varujan Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Başar vaxtından əvvəl qələbə qazanaraq, 1/4 finala adlayıb.


Türkiyəli güləşçi bu raundda Azərbaycan təmsilçisi, 2020-ci ilin Avropa çempionu Sənan Süleymanovla qarşılaşacaq. Süleymanov 1/8 finalda Harri Latvala (Finlandiya) 9:0 hesabı ilə qalib gəlib

0 comments