1/8 finalın ilk 2 cütü məlum oldu


Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib. 90plus.az bildirir ki, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdamda Uels - Danimarka, İngiltərənin paytaxtı Londonda İtaliya - Avstriya görüşləri keçiriləcək.


Birinci cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçının iştirakçı komandalarından biri olacaq. Uels Danimarkaya qalib gəlsə, yenidən Azərbaycan paytaxtına səfər edəcək. A qrupundakı hər 3 görüşünü qələbə ilə başa vuran İtaliya 9 xalla 1-ci yeri tutub. Avstriya isə C qrupunda 6 xalla 2-ci olub. Qeyd edək ki, Bakıya gələcək digər komanda C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland ola bilər. Bunun üçün komanda D, E və ya F qrupunda 3-cü yeri tutmuş komandalardan biri ilə görüşdən qalib ayrılmalıdırlar.

0 comments