1/8 finalın son iştirakçısı bəlli olacaq


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun təxirə salınmış oyunu keçiriləcək. 90plus.az xəbər verir ki, F qrupunda İtaliya "Atalanta"sı evdə İspaniya "Vilyarreal"ını sınağa çəkəcək. Ötən gün güclü qar səbəbindən oynanılmayan qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. UEFA Çempionlar Liqası Qrup mərhələsi VI turdan təxirə salınmış oyun F qrupu 22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) Xal durumu: "Mançester Yunayted" - 11 (6 oyuna), "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 5 (6).

0 comments