1-ci divizion başlama vaxtı dəqiqləşib

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.

90plus.az PFL-in saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır: “Turan Tovuz” “Zaqatala” “Sabah-2” “Neftçi-2” “Kəpəz” “Keşlə-2” “Sumqayıt-2” “Qarabağ-2”  MOİK “Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi sentyabrın 24-ü, saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.

0 comments