1-ci MDB oyunlarında ilk qızıl medal bizim idmançıdan gəldi!


Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.

"90plus"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarışda ilk qızıl medal qazanan idmançı olub.

Beləliklə, I MDB Oyunlarında ən birinci Azərbaycanın dövlət himni səsləndirilib.

Yarışda ilk qızıl medalı 82 kq-da rusiyalı Aues Qonibov qazansa da, bu çəki dərəcəsində idmançı sayı az olduğundan final görüşü keçirilməyib. Bu səbəbdən yer tutan güləşçilər üçün mükafatlandırılma mərasimi təşkil olunmayıb.

0 comments