
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyununda 3 rekorda imza atıb. 90plus.az xəbər verir ki, bu, futbolçunun yığmada 181-ci oyunu olub. Bu, Avropa oyunçuları üçün tarixdəki ən yaxşı rekorddur. O, Qətərlə matçda meydana daxil olaraq, ispan həmkarı Serxio Ramosu qabaqlayıb. Ronaldo matçın 37-ci dəqiqəsində fərqlənib. Bu, hüçumçunun milli səviyyəsində 112-ci qolu olub. Beləliklə, o, milli komandada vurduğu qol rekordunun sayını artırıb. Bundan əlavə, Ronaldo karyerasında milli komandanın heyətində 46-cı qolunu vurub - bu da dünya rekordudur.