top of page

11-ci dəfə Polşanın ən yaxşısı

"Barselona"nın hücumçusu Robert Levandovski Polşada 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.


90plus.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 


Polşa millisinin kapitanı karyerasında 11-ci dəfə bu mükafatı alıb. Polşada ən yaxşı məşqçilər Çeslav Mixneviç və Marek Papşun olub. 2022-ci il dünya çempionatının finalında çalışmış hakim Şimon Marçinyak ilin şəxsiyyəti seçilib.


Robert Levandovski 2022-ci ildə "Bayern Münhen"in heyətində Almaniya çempionu olduqdan sonra komandadan ayrılaraq "Barselona"ya keçib. Robert bir neçə gün əvvəl İspaniya Superkubokunun finalında “Real Madrid”ə qalib gəlib.


Levandovski 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən dünya çempionatında da iştirak edib. Polşa millisi qrupdan çıxsa da, pley-offda Argentinaya uduzaraq mübarizəni dayandırıb.

0 comments
bottom of page