11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir

İtaliyanın çempionat komandalarının əksəriyyəti "Yuventus, "İnter" və "Milan"ın Avropa Superliqası layihəsinə qoşulduqlarına görə cəzalandırılmasını tələb edən bir məktub imzalayıblar.

90plus.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Məktubda ehtimal olunan sanksiyaları müzakirə etmək üçün İtaliya çempionatı iştirakçılarının təcili çağırılması çağırışı da var. Məktubu imzalayanlar arasında "Roma", "Torino", "Bolonya", "Cenoa", "Sampdoriya", "Sassuolo", "La Spezia", "Benevento", "Krotone", "Parma" və "Kalyari" kimi klublar var.

Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona” geri addım atmayıb.

0 comments