top of page

12 illik cəzası bitdi – 46 yaşında futbola döndü!

Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaçi yaşıl meydanlara geri dönüb.

90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının “köhnə futbolçular”ından olan Françesko 12 il sonra – 46 yaşında futbola qayıdıb. O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə müqavilə bağlayıb.


Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaçi 42 qol vurub.


O, 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı.


Flaçi karyerası ərzində “Sampdoriya”, “Empoli”, “Breşiya” kimi komandalarda oynayıb.


Françesko Flaçi futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir.

0 comments
bottom of page