129 ildən sonra ilk dəfə

İngiltərə Premyer Liqasının 29-cu turunda doğma meydanda “Çelsi”yə uduzan (0:1) "Liverpul" antirekord müəyyənləşdirib.


90plus.az xəbər verir ki, Mersisayd təmsilçisi 129 illik klub tarixində ilk dəfə Premyer Liqada doğma meydanda ardıcıl 5 oyunda uduzub.


“Liverpul” “Bernli”yə 0:1, “Brayton”a 0:1, “Mançester Siti”yə 1:4, “Everton”a 0:2 və “Çelsi”yə 0:1 hesabıyla uduzub.

0 comments