14, yoxsa 20? – Poqba seçim qarşısında

İspaniyanın “Real” klubu “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı heyətinə qatmaq niyyətindədir.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” fransalı yarımmüdafiəçiyə illik 14 milyon avro maaş qazanacağı müqavilə təklif edəcək.


“Mançester Yunayted” Poqbanı komandada saxlamaq istəyir. “Qırmızı şeytanlar” 29 yaşlı oyunçuya 5 illik müqavilə təklif etməyə hazırlaşır. MY-nin təklif etdiyi maaş isə 20 milyon avrodur.


Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

0 comments