15 yaşında tarixə düşdü


İtaliyanın "Bolonya" klubunun futbolçusu liqa tarixinə düşüb.


90plus.az xəbər verir ki, A Seriyasının 36-cı turunda "Cenoa" ilə matçda (0:2) meydan çıxan 15 yaşlı Uizdom Ami çempionatda debüt edən ən gənc futbolçu olub. O, bunu 15 yaş 9 aylığında bacarıb.


Qeyd edək ki, bundan əvvəlki rekord isə Amedeo Amedey və Petro Pelleqriyə məxsus idi. Bu futbolçular 15 yaş 280 günlük olarkən ilk oyunlarına çıxmışdı

0 comments