top of page

150 milyonluq gənc istedad DÇ-dən sonra getmək istəyir

İngiltərə millisinin və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem bu qış klubunu dəyişməkdə qərarlıdır.


90plus.az xəbər verir ki informasiyanı "Daily Mail" yayıb.


Xəbərə görə, 19 yaşlı futbolçu Almaniya təmsilçisinin rəhbərliyinə DÇ-2022-dən sonra komandadan getmək fikrində olduğunu çatdırıb. Mənbə Cudun bu ismarıcına rəğmən, "Borussiya" bosslarının onun qiymətini aşağı salmayacağını, oyunçunun 150 milyon avroya satılacağını vurğulayıb.


Qeyd edək ki, Bellingemin Almaniya təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. "Real Madrid", "Çelsi" və PSJ-nin transfer siyahısında olan istedadlı oyunçu Qətərdəki mundialda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

0 comments
bottom of page