16 ildən sonra ilk dəfə

PSJ-nin hücumçusu Lionel Messinin uğursuz statistikası qeydə alınıb.

90plus.az xəbər verir ki, argentinalı hücumçu hələ də Fransa Liqa 1-də qol hesabını aça bilməyib.

Bu mövsüm Fransa çempionatında iştirak etdiyi 4 görüşün heç birində fərqlənə bilməyən Messi 2005/06 mövsümündən bəri ilk dəfə mövsümün startındakı 4 matçda qol vura bilməyib.

Qeyd edək ki, Messi PSJ ilə Çempionlar Liqasında 3 qol vurub

0 comments