top of page

16 yaşında meydana çıxdı, PSJ-də rekorda sahib oldu


Yarımmüdafiəçi Uorren Zair-Emeri  rəsmi matçda start heyətdə meydana çıxan ən gənc PSJ futbolçusu olub.


90plus.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, dünən Fransa kubokunun 1/32 finalında keçirilən "Şatoru" ilə matçda (3:1) start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.Fransalı yarımmüdafiəçi 16 yaş 9 ay 29 günlüyündə buna nail olaraq PSJ tarixinin start heyətdə oynayan ən gənc oyunçusu olub. Bundan əvvəlki rekord  17 yaş 1 günlük olarkən meydana çıxan Mamadu Sakoya məxsus idi.

Qeyd edək i, Zair-Emeri PSJ yetirməsidir. O, əvvəllər Liqa 1-də 5 matçda  oynayıb və Çempionlar Liqasında debüt edib. Futbolçu PSJ-nin heyətində meydanda olduğu 141 dəqiqədə qol vura bilməyib.

0 comments
bottom of page