17-ci turun son oyunları 

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

90plus.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Bayılda autsayderlər üz-üzə gələcək. "Səbail" qələbəni qəbul edəcək. Komandalar üçün sonuncu pillədən uzaqlaşmaq baxımından vacib qarşılaşmadır. Günün digər matçında da turnir cədvəlində qonşu pillərdə qərarlaşan komandalar qarşılaşacaq. 2-ci yer uğrunda mübarizə aparan "Neftçi" və "Keşlə" “Bakcell Arena” üz-üzə gələcək. 16 fevral 16:30. “Səbail” – “Qəbələ” Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev “ASCO Arena” 19:00. “Neftçi” – “Keşlə” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev “Bakcell Arena” 15 fevral “Sumqayıt” – “Sabah” - 1:2 “Zirə” –“ Qarabağ” - 0:6

0 comments