top of page

17 yaşll futbolçu Misli Premyer Liqasında debüt edib!


"Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Sənan Muradlı Azərbaycan Premyer Liqasında dübüt edib.


90plus.az xəbər verir ki, o, "Sumqayıt"ın "Qarabağ"la oyununun (1-6) 86-cı dəqiqəsində Kamran Əliyevin əvəzinə meydana daxil olub. 2006-cı il təvəllüdlü yarımmüdafiəçinin Premyer Liqada debütü 17 yaş 338 günlüyündə gerçəkləşib.


Qeyd edək ki, Sənan Muradlı əsas komandanın heyətində ilk oyununu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində baş tutmuş “Lerik” – “Sumqayıt” qarşılaşmasında keçirib. Həmin matçda 90 dəqiqə meydanda olan gənc yarımmüdafiəçi 1 qol vurmağa da müvəffəq olub.

0 comments
bottom of page