Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
90plus.az xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb.
O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.
55 kq-da mübarizə aparan idmançımız Eldəniz Əzizli Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.