20 yaşlı futbolçu dünyasını dəyişdi


"Las Palmas"ın sabiq futbolçusu Luis Ojeda Suarez 20 yaşında dünyasını dəyişib.


90plus.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb. Klub tərəfindən gənc oyunçuya başsağlığı verilib.


Qeyd edək ki, Suarez 2017 - 2019-cu illərdə "Las Palmas"ın gənclərdən ibarət komandasının formasını geyinib.

0 comments