2020-ci ilin ən yaxşısı

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur keçirilib.

90plus.az PFL-in saytına istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır.



Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun  baş məşqçisi olduğu komanda hamıdan çox – 4 qələbə qazanıb.


Son çempion kimi “Neftçi” də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadır – 11 top. “Səbail” 3-cü, “Sabah” 4-cü göstəriciyə malikdir.

İlin uğursuzu isə “Sumqayıt”dır.

0 comments

Recent Posts

See All