top of page

2021-ci ilin ən yaxşı məşqçisi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb. 90plus.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb. 57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni 30 xalla ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla üçüncü yeri tutub. Qeyd edək ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.

0 comments
bottom of page