
“Qalatasaray” Türkiyə Superliqasında 2022-2023 mövsümünün qalibi olub.
90plus.az xəbər verir ki, Okan Burukun komandası bu gün 36-cı turda səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəlməkdə mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bununla da İstanbul klubu tarixində 23 dəfə çempionluq tituluna yiyələnib. “Qalatasaray” son dəfə 2018-2019 mövsümündə çempion olmuşdu.