Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa üzrə 2022-ci ilin ən yaxşı klublarının siyahısını açıqlayıb.
90plus.az qurumun saytına istinadən xəbər verir ki, 1-ci yerdə İngiltərə "Liverpul"udur. "Real" 2-ci, "Çelsi" isə 3-cüdür.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası reytinq tərtib edərkən 2021-ci il dekabrın 1-dən 2022-ci il noyabrın 30-dək olan dövrü nəzərə alıb.
2022-ci il üzrə Avropanın ən yaxşı klubları
1. "Liverpul" (İngiltərə)
2. "Real" (İspaniya)
3. "Çelsi" (İngiltərə)
4. "Mançester Siti" (İngiltərə)
5. "Benfika" (Portuqaliya)
6. "Leyptsiq" (Almaniya)
7. "Bavariya" (Almaniya)
8. "Portu" (Portuqaliya)
9. PSV (Niderland)
10. PSJ (Fransa)
11. "İnter" (İtaliya)
12. "Betis" (İspaniya)
13. "Napoli" (İtaliya)
14. "Reyncers" (Şotlandiya)
15. "Marsel" (Fransa)
16. "Ayntraxt" (Almaniya)
17. "AZ Alkmaar" (Niderland)
18. "Barselona" (İspaniya)
19. "Vilyarreal" (İspaniya)
20. "Srvena Zvezda" (Serbiya)