top of page

2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçıları açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.


90plus.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, Argentinanın "Rosario Sentral" klubunda çıxış edən Qaspar Servio 4 qola imza atıb.


31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.


IFFHS-ın versiyasına əsasən, Belçika millisinin və İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua 125 xalla ilin ən yaxşısı adına layiq görülüb.



0 comments
bottom of page