top of page

2022-ci ilin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statitikaları Federasiyası (İFFHS) 2022-ci il üçün gənc futbolçulardan ibarət rəmzi komandanı açıqlayıb.


90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə aşağıdakı oyunçular yer alıb:


Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);


Müdafiəçilər: Pyero İnkape (Ekvador, “Bayer”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);


Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cüd Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);


Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).



0 comments
bottom of page