Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci il üçün milli komandalar üzrə ən yaxşı baş məşqçi adına namizədləri açıqlayıb.
90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 20 mütəxəssis yer alıb. Bildirilir ki, qalibin adına 2023-cü ilin yanvarın ayının əvvəllərində səsvermə nəticəsində aydınlıq gələcək.
Namizədlər aşağıdakılardır:
Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Fernandu Santuş (Portuqaliya, istefa verib), Lui van Qal (Niderland, istefa verib), Qaret Sautqeyt (İngiltərə), Çeslav Mixneviç (Polşa, istefa verib), Murat Yakın (İsveçrə), Lionel Skaloni (Argentina), Tite (Braziliya, istefa verib), Qustavo Alfaro (Ekvador), Valid Reqraqi (Mərakeş), Aliu Sisse (Seneqal), Otto Addo (Qana), Riqobert Sonq (Kamerun), Jalel Kadri (Tunis), Qreq Berhalter (ABŞ), Qraham Arnold (Avstraliya), Moriyasu Hadzime (Yaponiya), Paulu Bentu (Cənubi Koreya), Herve Renard (Səudiyyə Ərəbistanı)