top of page

2023: Ən çox qol vuran müdafiəçilər


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin siyahısını dərc edib.


90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyanın "Reyncers" komandasından Ceyms Tavernye birinci pillədə qərarlaşıb. 32 yaşlı oyunçu ötən il 26 dəfə rəqib qapılarına yol tapıb. Qollardan 14-ü penaltidən gerçəkləşib.


Kuk adalarının "Vellinqton Olimpik" klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiya "Sparta"sından Ladislav Kreyçiy 20 qolla (9 penalti) üçüncü olub.

0 comments
bottom of page