2023-cü ilin yayına qədər "Yuventus"da

"Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

90plus.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı qolkiperlə 2 illik yeni müqavilə imzalanıb. Pinsolyo ötən mövsüm Turin təmsilçisində Voyçex Şensnı və Canluici Buffondan sonra üçüncü qapıçı olub.

Qeyd edək ki, italiyalı oyunçu ötən mövsüm A seriyasında cəmi 1 matçda iştirak edib.

0 comments